Mustafa Sandal 14 ildir o xanımın təsiri altındayam”

Müğənni həyat yoldaşı Əminə Sandalın da Bakıya gəlmək istədiyini deyib Ötən gün Bakıya gələn yerli media nümayəndələri ilə görüşən türkiyəli məşhur müğənni Mustafa Sandal şəxsi həyatı barədə maraqlı açıqlamalar verib.

ANS PRESS-in məlumatına görə, bu gün Heydər Əliyev sarayında “Təsir altında” adlı konsert proqramı ilə çıxış edəcək ifaçı artıq bir neçə ildir ki, həyat yoldaşının təsiri altında olduğunu vurğulayıb. Ailə həyatı barədə çox danışmağı xoşlamayan ifaçı Əminə xanımı çox sevdiyini bildirib. O. övladları haqda da danışıb:

“Mahnılarıma qulaq asanları təsir altında saxlamağı bacarsam da, artıq on dörd ildir ki, Əminə xanım məni təsirinə salıb. Bizim ailəmiz sevgi üzərində qurulub. Sevgi həyat yoldaşım ilə yeganə ailə devizimizdir. Mənim üçün hər işdə sevgi olması şərtdir, yoxsa bu yerlərə qədər gəlib çıxa bilməzdim. İki oğlum var. Əminə Sandal da Bakıya gəlmək, şəhərinizi görmək istəyirdi, konsertləri olduğu üçün gələ bilmədi. Biz çalışırık ki, ikimizdən biri övladlarımızın yanında olsun, onları tək qoyarkən narahat oluruq”.

Bundan əlavə olaraq Mustafa Sandal həyat yoldaşı ilə birlikdə ifa edəcəyi mahnı baradə söhbət açıb: “”Çək göndər” adlı mahnını Əminə xanım ilə birlikdə duet oxuduq və uğurlu alındı. Birlikdə bir neçə reklam çarxına çəkilmişik. Hər zaman birlikdə mahnı oxuyub kamera qarşısına keçməyi sevmirik, bizi tamamlayan, yaraşan, uyğun olan bir layihə olduqda təkliflərə razılıq veririk”- deyə fikirlərini bölüşüb.

Source
http://anspress.com/index.php?a=2&lng=az&nid=263033

Add Comment

Your email address will not be published. Required fields are marked *