• News » Türk müğənnisi Bakıda ilk konsertini verəcək

    Türk müğənnisi Bakıda ilk konsertini verəcək

    Türk müğənnisi Mustafa Sandal Azərbaycanda ilk konsertinə hazırlaşır.

    Bakupost.az-ın məlumatına görə, “Təsir altında” adlı musiqi axşamı aprelin 5-də Heydər Əliyev sarayında keçiriləcək. Konsert M.Sandal  “Təsir altında” adlı son albomundan olan mahnıları ilə yanaşı klassik repertuarına da müraciət edəcək. Konsertə biletlərin qiyməti 27-230 AZN arasındadır.
     
    M.Sandalın albomları 17 mln-dan artıq nüsxə ilə satılıb. O, Avropada  "All My Life", "Moonlight" və "İsyankar" mahnısından sonra populyarlıq qazanıb.

     

    Source

    http://bakupost.az/az/qalereya/sehne/20140228042513765.html