• News » Tanınmış türkiyəli müğənni Bakıda konsert verəcəkdir

    Tanınmış türkiyəli müğənni Bakıda konsert verəcəkdir

    Bakı, 22 mart (AzərTAc). Aprelin 5-də Heydər Əliyev Sarayında “SA Organization”ın təşkilatçılığı ilə Türkiyənin məşhur pop ifaçısı Mustafa Sandal “Təsir altında” adlı konsert proqramı ilə pərəstişkarlarının görüşünə gələcəkdir.

    1990-ci illərdən səhnə fəaliyyətinə başlayan Mustafa Sandal Türkiyənin ən tanınmış sənətçilərindəndir. Özünü təkcə musiqidə deyil, həmçinin kino, serial, televiziya, reklam sahələrində də sınayan və uğurlara imza atan müğənninin bu günədək, ümumilikdə, 13 milyondan çox albomu satılmışdır.
     
    İndiyədək musiqi sahəsində 20-dən çox mükafat alan Mustafa Sandal albomları və yazdığı mahnıları ilə həmişə tamaşaçılarının yaddaşında qalmağı bacarmışdır.

     

    Source

    http://www.azertag.com/node/1205801