• News » Mustafa Sandal Bakıya gəlir

    Mustafa Sandal Bakıya gəlir

    Pop ulduz "Təsir altında" adlı konsertiylə sevənlərinin görüşünə gələcəkdir

    Daha bir məşhur ifaçı Azərbaycana gələcək. ANS PRESS-in məlumatına görə, Murat Bozdan sonra Mustafa Sandal ölkəmizə üz tutacaq. Türkiyənin pop ifaçısı Mustafa Sandal 5 aprel 2014 - cü il tarixində Heydər Əliyev Sarayında "Təsir altında" adlı konsertiylə sevənlərinin görüşünə gələcək. 
     
    90-ci illərdə səhnə fəaliyyətinə başlayan Mustafa Sandal Türkiyənin ən zəhmətkeş sənətçilərindəndir. Sadəcə musiqi sahəsində deyil, həmçinin kino, serial, televiziya, reklam sahələrində də özünü sınayan və uğurlara imza atan müğənni bu günə qədər bütün dünyada 13 milyondan çox albom satıb. İndiyə qədər musiqi sahəsində 20 - dən çox mükafat alan Türkiyənin, həmçinin Azərbaycanın sevimlisi Mustafa Sandal hər zaman çıxardığı albomları və yazdığı mahnıları ilə tamaşaçısının yaddaşında qalmağı bacarıb. 
     
    3 il boyunca albom çıxarmayan müğənni musiqi üçün darıxmaq istədiyini və bunun üçün 3 il musiqiyə ara verdiyini bildirmişdir. Uzun fasilədən sonra çıxardığı "Organik" albomuna "Həyatımın albomu" adını verən sənətçi bu alboma olan güvənini dilə gətirmişdir. Albom Mustafa Sandalın indiyə qədər ən çox bəyənilən albomları sırasındadır. 

    Source

    http://anspress.com/index.php?a=2&lng=az&nid=259804