• News » Mustafa Sandal: “Azərbaycanı çox sevirəm”

    Mustafa Sandal: “Azərbaycanı çox sevirəm”

    Bu gün Bakıda konsert proqramı ilə çıxış edəcək Mustafa Sandal jurnalistlərlə görüşüb.

    Gün.Az xəbər verir ki, Heydər Əliyev Sarayında “Tesir altında” adlı solo konsertlə çıxış edəcək müğənni 13 ildən sonra yenidən Azərbaycana gəldiyi üçün məmnunluq hissi keçirdiyini dilə gətirib.
     
    “Azərbaycanı çox sevirəm. Bura gəlmək dəvəti alanda çox sevindim və düşünmədən qəbul etdim. Heç bir kaprizim yoxdur. Təşkilatçılardan özəl istəklərim də olmadı. Yenidən burada, sizlərlə olmaqdan çox şadam. Azərbaycanlı tamaşaçılar üçün yeni konsert proqramı hazırlamışam. Proqrama köhnə hit mahnılarımla yanaşı, yeni ifalarım da daxil edilib. Bu dəfə konsertimdə daha çox ritmik mahnılara üstünlük verəcəyəm. Mənimlə birlikdə 17 nəfərdən ibarət musiqiçi heyətim də gəlib. Gecədə həmçinin Azərbaycan mahnısı oxuyacağam. Maraqlı konsert keçəcəyinə söz verirəm”.
     
    Jurnalistlərin suallarını cavablandıran müğənni Zeynəb Xanlarova və Rəşid Behbudovu çox bəyəndiyini deyib. Əlavə edib ki, Rəşid Behbudovun repertuarından “Sevgilim” adlı mahnını çox sevir.
     
    M.Sandal şəxsi həyatı ilə bağlı da danışıb. Deyib ki, evliliyi sevgi üzərində qurulub.
     
    “Mən həyat yoldaşımı çox sevirəm, on dörd ildir onun təsiri altındayam. Sevgi həyat yoldaşım ilə yeganə ailə devizimizdir. Mənim üçün hər işdə sevgi olması şərtdir, yoxsa bu yerlərə qədər gəlib çıxa bilməzdim. Əminə Sandal da Bakıya gəlmək, şəhərinizi gəzib görmək istəyirdi, konsertləri olduğu üçün gələ bilmədi. Biz çalışırık ki, ikimizdən biri övladlarımızın yanında olsun, onları tək qoyarkən narahatlıq keçirir”.
     
    Konsert “SA Organization” tərəfindən keçiriləcək.

     

    Source

    http://gun.az/showbiz/101209